00:00
00:00
...در حال بارگذاری

موسوم صمداف پس از ازادی از زندان جمهوری آذربایجان از تلاش برای تغییر اوضاع گفت

3 بازدید

    گزارش فیلم
    sahartvazeri sahartvazeri 0 دنبال کننده

    Azərbaycan Respublikası İslam Partiyasının rəhbəri doktor Möhsün Səmədov on iki illik qəddarcasına həbsdən azad olduqdan sonra vurğulayıb ki, İslam Partiyasının rəhbəri və fəalı kimi göstərdiyi fəaliyyətlər partiya məsləkdaşlarının yanaşmalarına mütənasib şəkildə olacaq. Doktor Səmədov Operativ TV müxbirinə verdiyi müsahibədə deyib: Siyasi-ictimai fəaliyyətə malik olan hər kəs həbsə düşməsi ehtimalını da nəzərə almalıdır. Biz də cəmiyyətin dini, ictimai və siyasi məsələlərini qaldırdığımız üçün zindana düşdük. Siyasi İslam Partiyasının üzvü və aktivistiyik və indiyədək bu partiyanın məsuliyyətini daşımışıq. Təbii ki, siyasət bir anlamdır ki, əgər onunla işin olmasa da, onun səninlə işi olacaqdır. Əgər Allah-Taala məsləhət görərsə, Azərbaycan Respublikasının siyasi və ictimai vəziyyətinin yaxşılaşdırılması üçün əlimizdən gələni əsirgəməməyə səy göstərəcəyik.